AZ

İspaniya La Liqası: “Elçe” “Rayo Valyekano”nu böyük hesabla məğlub edib

İspaniya La Liqasının 17-ci turu çərçivəsində “Elçe” doğma meydanda “Rayo Valyekano” üzərində 4:0 hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab altıncı dəqiqədə Ektor Fortun qolu ilə açılıb. 67-ci dəqiqədə Alvaro Rodriqes fərqi artırıb. Üç dəqiqə sonra o, Herman Valeraya məhsuldar ötürmə verib və üçüncü qol qeydə alınıb. Oyuna əlavə olunmuş vaxtda isə Martim Netu fərqlənərək yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra “Elçe” 22 xala yüksələrək La Liqanın turnir cədvəlində doqquzuncu pilləyə qalxıb. 18 xalı olan “Rayo Valyekano” isə 15-ci yerə geriləyib.

İdman.Biz
Seçilən
110
1
idman.biz

2Mənbələr