Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə irəli sürdüyü sülh planının gələcək müzakirələri zamanı Ankoricdə əldə olunmuş razılaşmalara əsaslanacaq.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə bildirib.
“Biz Ankoricdə və amerikalı nümayəndələrlə keçirilmiş digər görüşlərdə razılaşdığımız mövqedən çıxış edəcəyik”, – Uşakov qeyd edib.