AZ

Masallıda 2 kilometrlik yol BƏRBAD VƏZİYYƏTDƏ – VİDEO

Kəndin əsas yolunun asfalt örtüyü yararsız vəziyyətə düşüb. Xüsusilə payız və qış aylarında yolda hərəkət daha da çətinləşir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Masallının 2-ci Səmidxan kəndindədir.Sakinlərin sözlərinə görə, kəndin yolu içməli su xətləri çəkilərkən qazıntılar aparıldığı üçün yararsız vəziyyətə salınıb və sonradan isə əvvəlki vəziyyətinə qaytarılmayıb.

Təxminən 2 kilometrlik yol boyunca iri və dərin çalalar yaranıb ki, bu da sürücülər üçün çətinlik yaradır.

Məsələ ilə bağlı  kənd bələdiyyəsindən bildirildi ki, 2-ci Səmidxan kəndinin yolu dövlətin balansındadır və yol növbəti ildə əsaslı təmir olunacq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
54
1
nocomment.az

2Mənbələr