AZ

Mingəçevirdə iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli müxbirinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ-2106" avtomobilinin sürücüsü, Yevlax rayonunun Havarlı kənd sakini, 2004-cü il təvəllüdlü Əliyev Xalid Rövşən oğlu, eləcə də onun sərnişinləri - 2003-cü il təvəllüdlü Şükürov Sahil və 2005-ci il təvəllüdlü Şükürov Sənan xəsarət alıblar.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
50
apa.az

10Mənbələr