ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
“Mənim ölkəm, mənim Ermənistanım” ictimai hərəkatının rəhbəri Mher Avetisyan Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə “Fəxri diplom”la təltif edilib.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, erməni mediası Mqer Avetisyanın Rusiya prezidenti tərəfindən belə yüksək dövlət mükafatı alan ilk Ermənistan vətəndaşı olduğunu yazıb.
Rusiya Federasiyasının vətəndaşı olan digər erməni əsilli şəxslər də əvvəllər oxşar sertifikatlar alıblar, lakin bu mükafat ilk dəfədir ki, Ermənistan Respublikasının vətəndaşına verilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.