Hazırda Bakıda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi–Hava Limanı yolunun bəzi zolaqlarında sürət həddi 20 kilometr/saatadək endirilib.
Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təhlükəsizliyin təmin olunması məqsədilə Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib. Eyni zamanda, bütün tablolarda “sürüşkən yol” xəbərdarlıq işarəsi yerləşdirilib.
Sürücülərdən müəyyən olunmuş sürət həddinə ciddi əməl etmələri xahiş olunur.
DOĞRU.AZ