AZ

​ Galatasaray ın futbolçusu 1 qolla canını qurtardı

Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyənin "Qalatasaray" klubu bəzi futbolçularla yollarını ayırmağa hazırlaşır. İstanbul təmsilçisi qış transfer dövründə 3 futbolçusunu yola salacaq

Metbuat.az xəbər verir ki, baş məşqçi Okan Burukun siyahısında Ahmet Kutucu, Yusuf Dəmir və Berkan Kutlunun adı var. Onların yaxın bir ayda sarı-qırmızılı forma ilə vidalaşacaqları gözlənilir.

"Türkiye" qəzeti bu mövzuda maraqlı məlumat əldə edib. Qəzet yazıb ki, "Galatasay"ın "Başakşehir"lə qarsılaşdığı matçda əsas heyətdə meydana çıxan və vurduğu qolla komandasına qələbə qazandıran Ahmet Kutucu "qara siyahı"dan cıxmağı bacarıb. Okan Buruk Kutucunun satılmasına etiraz edib.

"Türkiye" qəzeti baş məşqçinin növbəti oyunlarda da yetirməsinə şans verəcəyini yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
3
metbuat.az

4Mənbələr