Bakı. Trend:
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi RüstəmUmerov ABŞ nümayəndələri ilə yeni danışıqların başladığınıbildirib. Danışıqlar ABŞ-ın Mayami şəhərində təşkil olunur.
Bu barədə TrendUmerovun "Telegram" kanalına istinadən məlumat verir.
Umerovun paylaşımından görünür ki, görüşdə yalnız o iştiraketməyəcək. Onunla birlikdə Ukrayna Silahlı Qüvvələrinin BaşQərargah rəisi, general Andrey Qnatov da iştirak edəcək.
"Birləşmiş Ştatlarda işimizin üçüncü günüdür. Bu güngeneral-leytenant Andrey Qnatovla birlikdə Amerika tərəfi ilə dahabir görüşümüz olacaq. Konstruktiv və konkret şəkildə işləyirik.Növbəti irəliləyişlərə və praktik nəticələrə ümid edirik", - deyə obildirib.