AZ

“Green Card” lotereyasının qaliblərinin sayına görə lider ölkələr müəyyən edilib

Rusiya və Ukrayna vətəndaşları ABŞ-də yaşayış icazəsi əldə etmək üçün keçirilən illik lotereyada (“Green Card”) yenidən ən uğurlu iştirakçılar arasında yer alıblar.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi rəsmi statistikaya istinadən məlumat verib.

Hər iki ölkə qaliblərin sayına görə dünya üzrə ilk üçlükdə qərarlaşıb. 2026-cı maliyyə ili üzrə (ABŞ-də 1 oktyabr 2025 – 30 sentyabr 2026-cı il – red.) məlumatlara əsasən, 5 510 Rusiya, 5 283 Ukrayna vətəndaşı immiqrasiya vizası üçün müraciət etmək hüququ qazanıb.

Qaliblərin sayına görə mütləq lider Misir olub – 5 527 nəfər. Rusiya dünya reytinqində ikinci, Ukrayna isə üçüncü yeri tutub.

Regional bölgüyə görə Afrika qitəsi üstünlük təşkil edir: qlobal lotereyada qalib gələn müraciətlərin demək olar ki, yarısı Afrika ölkələrinin payına düşür.

Seçilən
16
5
nocomment.az

6Mənbələr