“Budapeşt Ukraynanın süqutunda maraqlı deyil, çünki hadisələrin bu cür gedişatı Macarıstan üçün ciddi problem olardı”.
NOCOMMENT.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “X” sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, Ukraynanın süqutu Macarıstan üçün fəlakət olacaq: “Bu arada müharibə hər gün Ukraynanı zəiflədir. Sülh onu gücləndirə biləcək yeganə şeydir. Həqiqətən də Ukraynanı dəstəkləyən hər kəs sülh üçün çalışmalı və ona indi can atmalıdır”.