AZ

Naxçıvanlı atlet Prezident kubokunu qazandı FOTO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 21-i Qəbələ şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qürurla irəli” şüarı altında Prezident kuboku uğrunda 12 kilometr məsafəyə qaçış yarışı keçilib.Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya  bildirilib ki, iştirakçılar Heydər Əliyev parkından (Həzi Aslanov küçəsi) başlayaraq Laza kəndi istiqamətinə, sonra isə geriyə - start-finiş nöqtəsinə doğru irəliləyiblər.

 

Turnirdə ümumi, eləcə də 40+, 50+ və 60+ yaş kateqoriyaları üzrə kişi və qadın idmançılar mübarizə aparıblar.

Yarışa Naxçıvan Muxtar Respublikasından qatılan və kişilər arasında mübarizə aparan Əmrah Nağıyev məsafəni 00:43:56 vaxt göstəricisi ilə tamamlayaraq qalib olub.İdmançı kişilər arasında birinci yerə sahib çıxan Ə.Nağıyevə qızıl medal, diplom, pul mükafatı və Prezident kuboku təqdim olunub.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
4
bizim.media

10Mənbələr