İtaliyanın ünlü idman nəşri “La Gazzetta dello Sport” tennisçi Lorentso Muzettini bu ölkədə ilin idmançısı seçib.
"Football-plus.az" xəbər verir ki, 23 yaşlı tennisçi bu il “Rolan Qarros”da yarımfinala, “US Open”də 1/4 finala qədər irəliləyib. O, həmçinin ATP səviyyəli üç turnirdə (Monte-Karlo, Çendu, Afina) finala çıxıb.
Muzetti məhz bu il karyerasında ən yüksək reytinq göstəricisinə (6-cı yer) nail olub. Ötən il də tennisçi (Yannik Sinner) İtaliyanın ən yaxşı idmançısı sayılmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta