AZ

Türkiyə futbolunda kütləvi etiraz: Pul yoxdur

Türkiyə futbolu təkcə birdən-birə varlanan “Qalatasaray”dan ibarət deyil. Bunun əksi də var: “Boluspor”.

Publika.az xəbər verir ki, Türkiyənin ikinci dərəcəli liqasında çıxış edən klubun oyunçuları rəhbərliyin gecikmiş maaşlarını ödəmək vədlərindən beziblər.

Liqada lider olan “Pendikspor”la matçda onlar hətta bir növ etiraz aksiyası keçirərək oyunun startından sonra hücum etməkdən imtina ediblər.

Onlar sadəcə topu rəqiblərinə ötürüblər və rəqiblər də “qırmızı-ağ” formalı həmkarlarını dəstəkləyiblər.

Seçilən
87
publika.az

1Mənbələr