Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasını açaraq bildirib ki, Aİİ hər bir üzv dövlət üçün real iqtisadi fayda gətirir və artıq formalaşmaqda olan çoxqütblü dünyanın özünütəmin edən mühüm mərkəzlərindən birinə çevrilib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, iclas zamanı ittifaq daxilində qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş bir sıra qərarlar nəzərdən keçiriləcək.
Putin vurğulayıb ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq ardıcıl və sabit şəkildə inkişaf edir, bu isə üzv olan beş ölkənin iqtisadi sabitliyini təmin etməklə yanaşı, bütövlükdə regionun iqtisadi dayanıqlığının möhkəmlənməsinə xidmət edir.
Rusiya prezidenti qeyd edib ki, qlobal iqtisadiyyatda qeyri-sabitliyin və turbulent proseslərin artdığı bir dövrdə Aİİ daxilində tərəfdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır və üzv ölkələr üçün əlavə iqtisadi təhlükəsizlik imkanları yaradır.