
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, 2:1 hesablı qələbə barədə bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə etdik. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Sanki oyundan çox, futbolçuları düşünürdüm. İstəyirdim ki, ili sağlam başa vursunlar. Üç xal yerinə düşdü. “Qəbələ” bütün oyunlarda çox yaxşı mübarizə aparır. Onlara uğurlar arzulayıram. Daha çox xala layiqdirlər. Kaxaber Sxadadze ilə rəqib olmaq mənim üçün həmişə maraqlı olub. Burada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. 2025-ci il bizim üçün çox yaxşı keçdi. Narazılıqlar da oldu, uğurlarımız da. Mən bu kollektivin içindəyəm. Futbolçuların nələr çəkdiklərini görürürəm. Elə durumdayıq ki, hər kəs bizdən razı qalmalıdır. Çox gərgin il keçirdik. Çempionlar Liqasının səviyyəsi daha da yüksəkdir. Burada daha çox güc sərf edirsən. Tam başqa səviyyədir. Futbolçular bu cür təzyiqə dözüblərsə, onlardan çox razı qaldım. 2025-ci il Azərbaycan futbolu üçün uğurlu oldu. Çempionlar Liqasında iştirak etdik, qələbələr qazandıq”.
O bildirib ki, bəzi futbolçulara rəsmi olmayan təkliflər var: