AZ

İsveçdə Rusiyanın konteyner gəmisi saxlanılıb

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsveç gömrükçüləri və sahil mühafizəsi əməkdaşları Rusiyanın sanksiyalar altında olan "Adler" konteyner gəmisini saxlayıblar.

Moderator.az bu barədə "Expressen" nəşrinə istinadən xəbər verir.

İsveç nümayəndələri gəminin dekabrın 21-nə keçən gecə Höqanes şəhəri yaxınlığındakı ərazi sularında lövbər salmasından sonra onun göyərtəsinə qalxıblar. Bundan qısa müddət əvvəl konteyner gəmisi mühərriki söndüyü üçün dayanıb.

Qeyd olunub ki, gəmi məcburi gömrük bəyannaməsini təqdim etməyib. Onun yoxlanılması davam edir.

Konteyner gəmisi ABŞ və Aİ tərəfindən sanksiyaya məruz qalmış "M Leasing LLC" şirkətinə məxsusdur.

(Oxu.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
5
moderator.az

6Mənbələr