AZ

Premyer Liqa: “Qarabağ” 2025-ci ili qələbə ilə başa vurdu – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, 2025-ci ilə təsadüf edən sonuncu turun üçüncü oyun günündə əvvəlcə “Qəbələ” son çempion “Qarabağ”la üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilmiş oyunu Əli Əliyev idarə edib. Autsayderlər qrupunda qərarlaşmış “Qəbələ” xal və ya xallar qazanmaqla ili major notlarda bitirmək arzusundaydı. Bir neçə gün öncə “Sabah”a uduzmaqla liderliyi əldən vermiş “Qarabağ” isə həmin məğlubiyyəti unutdurmaq istəyirdi.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma buraxılmış erkən qola görə ruhdan düşməyən “Qarabağ” sonradan iki qol vurmaqla əzmkar qələbəyə sevinib. Beləcə, Azərbaycan çempionu 2025-ci ili qələbə ilə tamamlayıb.

Premyer Liqa
16-cı tur

21 dekabr

“Qəbələ” – “Qarabağ” 1:2
Qollar: Prins Ovusu, 6 – Bədavi Hüseynov, 27. Marko Yankoviç, 79.
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı.
VAR: Rauf Cabbarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu, 15:00.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov.
Baş məşqçi: Kaxaber Sxadadze.

Qarabağ: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 2. Mateus Silva, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.

Seçilən
29
2
arena.az

10Mənbələr