''Qalatasaray''ın heyətində kifayət qədər uğurlu performans sərgiləyən Roland Şallai ilə bağlı maraqlı transfer iddiası ortaya atılıb.
"Football-plus.az" xəbər verir ki, premyer-liqa təmsilçisi ''Brentford''un bu futbolçuya ciddi maraq göstərdiyi məlum olub. Yağız Sabuncuoğlunun xəbərinə görə bu klubun rəsmiləri ''Qalatasaray'' rəhbərliyi ilə əlaqə quraraq Şallainin transfer durumu ilə maraqlanıblar. Həm baş məşqçi Okan Buruk, həm də rəhbərlik bu futbolçudan razıdı.
Macarıstan yığmasının üzvü peşəkarlığı və universallığı ilə seçilir. Kaprizsiz olan Şallai Okan Burukun hər göstərişini meydanda yerinə yetirməyə hazırdı. Ona görə də İstanbul nəhəngi astronomik təklif gəlmədiyi müddətdə 28 yaşlı futbolçunu satmaq niyyətində deyil.
İddialara inansaq, ''Qalatasaray'' Şallaiyə görə ingilislərdən 30 milyon avro tələb edib. Okan Buruk tərəfindən əsasən sağ müdafiəçi kimi şans verilən, amma əslində hücumameyilli futbolçu olan Şallai bu mövsüm ''sarı-qırmızılar''ın heyətində 21 rəsmi oyunda iştirak edərək aktivinə 1 qol, 3 məhsuldar ötürmə yazıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta