ABŞ prezidenti Donald Tramp iddia edib ki, Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları onun Florida ştatındakı Mar-a-Laqo iqamətgahında həyata keçirilən axtarış zamanı həyat yoldaşı Melaniya Trampın alt paltarlarını qarışdırıblar.
Tramp Şimali Karolina ştatında tərəfdarları qarşısında çıxış edərkən deyib:
"Bu heyvanlar Mar-a-Laqoda mənim üstünə hücum etməyə çalışdılar, həyat yoldaşımın dolabına əl atdılar".
Prezidentin sözlərinə görə, evə gəldikdə Melaniyanın səliqəli şəkildə qatlanmış alt paltarı dağınıq vəziyyətdə olub.
Tramp əlavə edib ki, FTB-dən olan "bu iyrənc quldurların" cəzasız qalmasına icazə verə bilməz.