İspaniyanın "Real" klubunun rəhbərliyi "Sevilya"ya qarşı La Liqanın XVII turunun oyununda azarkeşlər tərəfindən titə basılan futbolçu Vinisius Juniora tam dəstək olub.
Aznews.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilib ki, komandada son aylarda braziliyalı oyunçunun ətrafında yaranan ümumi atmosfer narahatlıq doğurur.
"Kral klubu"nun prezidenti Florentino Peres daim Vinisius Juniorla səmimi söhbətlər edir. O, futbolçunun meydandakı əzmkarlığını yüksək qiymətləndirir.