Bakı. Trend:
ABŞ-nin Minnesota ştatında Andlılar Məhkəməsi "Johnson &Johnson" şirkətinin 37 yaşlı Anna Cin Hyuton Karliyə 65,5 milyondollar məbləğində təzminat ödəməsi barədə qərar verib.
Trend-inməlumatına görə, iddiaçı bildirib ki, şirkətin istehsal etdiyitalkəsaslı uşaq pudrasından istifadə onun mezotelioma xəstəliyinəyol açıb.
Məhkəmə materiallarına əsasən, Karlinin vəkilləri "Johnson &Johnson"un talk məhsullarının asbestlə çirklənə biləcəyinibildiyini, lakin istehlakçıları potensial təhlükə barədə xəbərdaretmədiyini sübut edən dəlillər təqdim ediblər.
2023-cü ildə talklı pudranın satışını dayandıran şirkətittihamları rədd edir və məhkəmə qərarından apellyasiya şikayətiverəcəyini açıqlayıb. Son aylarda "Johnson & Johnson" fərqliməhkəmələr tərəfindən də çoxmilyonlu cərimələrə məruz qalıb.