AZ

DSX məhkəməyə verildi - 25 min manatlıq iddia

Dövlət Sərhəd Xidməti (DSX) məhkəməyə verilib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, xidmətin keçmiş hərbi qulluqçusu, ehtiyatda olan mayor Kazımov Şöhrət Alı oğlu DSX-yə qarşı maddi tələb iddiası qaldırıb.  

Onun sözlərinə görə, 21 il sərhədçi kimi xidmət edib və ehtiyata buraxılıb:

“Bu müddət ərzində zastava rəisi və sərhəd komendantı vəzifələrində çalışmışam. Lakin həmin vəzifələrin maaşını almamışam. Sonrada almaq istədim, vermədilər. İki dəfə rəsmi müraciət etdim, amma mənfi cavab aldım. Ona görə də DSX-ni məhkəməyə vermişəm. Mənə təxminən 20-25 min manat ödənilməlidir”.

Ş.Kazımovun iddiası üzrə işə 2026-cı il fevarlın 24-də Gəncə İnzibati Məhkəməsində baxılacaq.


Telegram kanalımız
Seçilən
43
3
yenisabah.az

4Mənbələr