ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampı Milad bayramı münasibətilə təbrik etmək qərarına gələrsə, Kreml əlavə detalları açıqlayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O əlavə edib ki, Putinin hazırda Trampla telefonla əlaqə saxlamaq planı yoxdur.
Bununla belə, o, əlavə edib ki, lazım gələrsə, iki prezident arasında söhbət tez bir zamanda təşkil edilə bilər.
Qeyd edək ki, Putin və Tramp arasında sonuncu telefon danışığı oktyabr ayında, ABŞ prezidentinin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən bir gün əvvəl baş tutub.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.