"Barselona"nın qapısını etibar etmədiyi Mark-Andre ter Ştegen iki yeni təklif alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Mənbənin məlumatına görə, Kataloniya klubu artıq ter Ştegenin transferi ilə maraqlanan "Aston Villa"dan rəsmi sorğu alıb.
Həmçinin "Jirona" da alman qapıçı ilə rəsmən təklif göndərib.
Ter Stegen bu mövsüm "Barselona"nın heyətində yalnız bir oyun keçirib və bu, Kral Kubokunun 1/16 final mərhələsində "Qvadalaxara"yla 0:2 hesablı məğlubiyyətlə üzləşdikləri matç olub.