ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası avtomobil yolunda işlər davam edir. Avtosfer.az xəbər verir ki, dövlət proqramına əsasən inşa edilən yeni avtomobil yolunda tunellər və yeraltı piyada keçidlərinin tikintisi aparılır. Ümumilikdə yolda işlərin 35 faizi yekunlaşıb. Bütün inşaat meydançalarında mobilizasiya və demobilizasiya işləri başa çatdırılıb. Hazırda layihə çərçivəsində "Ulduz" metrostansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Ümumilikdə yolun gələn ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.
Daha ətraflı videomaterialda.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.