AZ

Ukraynada olmaz, bizim futbolda olar! Video

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Ukraynada olmaz, bizim futbolda olar! - Video

Azərbaycanda bəzi futbol matçlarının süni meydanda oynanılması ilə bağlı narazılıqlar uzun illərdir davam edir.

Bu haqda həm komandaların məşqçiləri, həm də futbol mütəxəssisləri dəfələrlə fikirlərini bildirib. Xüsusən belə keyfiyyətsiz meydançaların futbolçuların zədələnməsi riskini artırdığı faktdır.

Amma buna baxmayaraq, problem həllini tapmır.

“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub da süni qazonun əleyhinədir. O, bu haqda fikrini “Karvan”la Yevlaxda - süni meydança üzərində keçirilən oyundan sonra bildirib. 59 yaşlı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bu haqda danışıb. 

Yevlaxdakı stadionun süni örtüyü barədə fikirlərini bildirən baş məşqçi maraqlı müqayisə aparıb. O, Ukraynada belə meydançalarda peşəkar futbola icazə verilmədiyini, lakin Azərbaycanda bunun normal qarşılandığını qeyd edib. Vernidub komandasının təbii otda məşq etdiyini əsas gətirərək zədə riskinə görə oyundan bir gün əvvəl Yevlaxda məşq etmək təklifindən imtina etdiyini söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
qol.az

2Mənbələr