AZ

Putin İlham Əliyev və Nikol Paşinyanla görüşəcək

BAKI, 21 dekabr. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak edəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin iki gün ərzində iştirakçı ölkələrin liderləri ilə ayrı-ayrılıqda görüşlər keçirəcək:

“Bu görüşlər mütləq olacaq, çünki Putin bu iki gün ərzində hər kəslə ayrıca ünsiyyət quracaq”.

Seçilən
46
teleqraf.com

1Mənbələr