AZ

Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinintəşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və “AzercellTelecom” MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin SumqayıtParalimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunlarıkeçirilib.

Trend-inməlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov,əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, MilliOlimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MilliParalimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, AzərbaycanDeflimpiya Komitəsinin prezidenti Anar Bayramov, İdmanAkademiyasının rektoru Fuad Hacıyev, ikiqat Paralimpiya çempionuİlham Zəkiyev və idman ictimaiyyətinin digər nümayəndələri iştirakediblər.

Çıxışlarda Azərbaycanda milli paralimpiya hərəkatının ötən illərərzində böyük inkişaf yolu keçdiyi, Prezident İlham Əliyevinparalimpiya idmanına göstərdiyi xüsusi diqqət nəticəsindəidmançıların tarixi uğurlar qazandığı vurğulanıb. Qeyd edilib ki,uşaq paralimpiyaçılar da bu nailiyyətləri davam etdirməkəzmindədirlər.

Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzininyaradıcı heyəti musiqi nömrələri təqdim edib.

Oyunlarda 130 uşaq paralimpiyaçı iştirak edib və 8 idman növüüzrə mübarizə aparıblar: paracüdo, parastolüstü tennis,parataekvondo, paraüzgüçülük, parapauerliftinq, parabadminton,parakamandan oxatma və boccia. Bu ilki Oyunlar əvvəlkilərə nisbətəndaha çox idman növünü əhatə edib.

Sonda qaliblər mükafatlandırılıb, digər iştirakçılara isəsertifikat və hədiyyələr təqdim olunub. Uşaq ParalimpiyaOyunlarının əsas məqsədi əlilliyi olan uşaqları idmana cəlb etməkvə onların bacarıqlarını inkişaf etdirərək gələcəkdə Azərbaycanıbeynəlxalq arenalarda təmsil edəcək yeni paralimpiyaçı nəsliniyetişdirməkdir.

Sumqayıtda
Sumqayıtda
Sumqayıtda
Sumqayıtda
Sumqayıtda
Sumqayıtda
Sumqayıtda
Sumqayıtda
Seçilən
138
14
az.trend.az

9Mənbələr