AZ

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibinin futbolçusu ZƏDƏLƏNDİ

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda "Qarabağ"la üz-üzə gələcək İngiltərənin "Liverpul" klubunun futbolçusu Aleksander İsak zədələnib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, isveçli hücumçu Premyer Liqanın XVII turunda "Tottenhem"ə qalib gəldikləri (2:1) oyunda sıradan çıxıb.

56-cı dəqiqədə matçda hesabı açan forvard dörd dəqiqə sonra əvəzlənməli olub. İsakın zədəsinin ciddi olacağı gözlənilir.

Qeyd edək ki, "Qarabağ" "Liverpul"la yanvarın 28-də İngiltərədə üz-üzə gələcək.

Seçilən
41
6
redaktor.az

8Mənbələr