Bakı. Trend:
Sərhəd bölgəsində baş verən toqquşmalar nəticəsində təxminən birmilyon Kamboca və Tailand vətəndaşı evlərini tərk etməkməcburiyyətində qalıb.
Trend-inməlumatına görə, Kamboca Daxili İşlər Nazirliyi Tailandlasərhəddəki döyüşlər səbəbindən 518 mindən çox vətəndaşıntəhlükəsizlik məqsədilə ərazilərini tərk etdiyini bildirib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, qadınlar və uşaqlar dadaxil olmaqla yarım milyondan çox kambocalı Tailandın F-16 qırıcıtəyyarələrinin atəşindən, raket və hava bombardmanından qaçmaq üçünevlərini və məktəblərini tərk etməyə məcbur olublar.
Eyni zamanda, Tailand hakimiyyəti sərhəd bölgəsindən 400 mindənçox vətəndaşın təxliyə edildiyini açıqlayıb.