AZ

Cəbhədə vəziyyət kəskin dəyişir: Rusiya qoşunları bu istiqamətdə irəlilədi

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində Mirnoqradın şərq istiqamətində mövqelərini irəlilədib və şəhər artıq tam şəkildə “boz zona” statusu alıb.

Bu barədə Ukrayna cəbhəsində vəziyyəti operativ izləyən Deep State hərbi-analitik platforması məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “boz zona” anlayışı tərəflərdən heç birinin şəhərə tam nəzarət etmədiyini, ərazidə intensiv döyüşlərin və artilleriya zərbələrinin davam etdiyini göstərir. Musavat.com bildirir ki, Mirnoqradın bu vəziyyətə düşməsi bölgədə humanitar riskləri də artırır.

Bununla yanaşı, Rusiya qüvvələrinin cəbhənin digər istiqamətlərində də irəliləyiş qeydə alınıb. Deep State-in məlumatına görə, Qulyaypol və Seversk ətrafında nəzarət zonası genişləndirilib.  Bu istiqamətlər strateji baxımdan mühüm hesab olunur və burada vəziyyətin dəyişməsi bütün Donetsk xəttinə təsir göstərə bilər.

Hərbi ekspertlər bildirirlər ki, son irəliləyişlər cəbhədə əməliyyat fəallığının artdığını göstərir və yaxın günlərdə bölgədə döyüşlərin daha da şiddətlənəcəyi istisna edilmir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
1
cebheinfo.az

2Mənbələr