AZ

Cənubi Afrikada atışma nəticəsində 10 nəfər həlak olub

Cənubi Afrika Respublikasının Yohannesburq şəhəri yaxınlığında baş verən atışma nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb.

 

Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi xəbər verib.

 

Polis bildirib ki, Yohannesburqdan 40 kilometr cənub-qərbdə yerləşən Bekkersdalda naməlum silahlı şəxslərin atışmada 10 nəfəri öldürdüyü, 10 nəfəri isə yaraladığı bildirilir.

 

Atışmanın motivi məlum deyil.

Seçilən
24
4
qaziler.az

10Mənbələr