AZ

Argentinanın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Argentinanın ev həbsində olan keçmiş prezidenti Kristina Fernandes de Kirşner qarın nahiyəsindəki ağrı səbəbilə xəstəxanaya yerləşdirilib.

Redaktor.az bildirir ki, bu barədə "La Nacion" qəzeti mənbələrə istinadən xəbər verir.

Xəstəxanada Fernandes de Kirşnerə appendisit diaqnozu qoyulub. O, əməliyyat edilib.

Qeyd edək ki, Fernandes de Kirşner 2007-ci ilin dekabrından 2015-ci ilin dekabrınadək Argentina prezidenti postunu tutub. 2022-ci ilin dekabrında məhkəmə onu Santa-Krus əyalətində infrastruktur layihələrinin həyata keçirilməsində korrupsiya işinə görə altı il həbs cəzasına məhkum edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
3
redaktor.az

5Mənbələr