ain.az bildirir, Konkret.az portalına istinadən.
Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhəd kəndlərindən mülki əhalinin evakuasiyasına başlanılıb.
KONKRET.az xəbər verir ki, bunu vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.
Sumının Krasnopolsk bölgəsindən əvvəllər evakuasiyadan imtina edən sakinlər təxliyə olunub. O.Qriqorov deyib ki, sərhədyanı kəndlərin sakinlərinin evakuasiyası yeganə düzgün seçimdir.
Qeyd edək ki, Rusiya ordusunun Krasnopolsk rayonunda sərhəddə yerləşən Qrabovsk kəndini nəzarətə götürməsindən sonra 50-yə yaxın yerli sakinin Rusiyaya aparıldığı barədə xəbərlər yayılıb. Bu sakinlərin “filtrasiya tədbirləri” üçün Rusiyaya aparıldığı qeyd olunur. Eyni zamanda, jurnalistlər rus hərbi bölmələrinin Vısokiy və Ryasnoye kəndlərinə doğru hərəkət etdiyini və Ryasnoyedə hələ də mülki əhalinin olduğunu bildiriblər. Axşam saatlarında həmin kəndlərdən də evakuasiya başlayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.