AZ

Çinin ən böyük dəniz neft qaz yatağı rekorda imza atıb

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Çinin milli neft korporasiyası (CNOOC) 2025-ci ildə Bohay neft - qaz yatağında rekord səviyyədə 40 milyon ton neft və qaz hasilatı qeydə alıb.

"Report"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər yayıb.

CNOOC-un milli enerji təhlükəsizliyinə və yüksək keyfiyyətli sosial-iqtisadi inkişafa əhəmiyyətli töhfə verdiyi qeyd olunur. Agentliyin istinad etdiyi şirkət nümayəndəsinin sözlərinə görə, bu rəqəmin artması qismən "Kenli 10-2" və "Boçjun 26-6" neft yataqları da daxil olmaqla bir neçə əsas obyektin səmərəli istismarı ilə bağlıdır.

Paralel olaraq rəqəmsallaşdırma və ağıllı texnologiyaların tətbiqi də sürətlənib.

Bohay neft - qaz yatağı Çinin şimalındakı Sarı dənizin Bohay körfəzində yerləşir və ölkənin ən böyük yatağı hesab olunur. Onun ərazisinə 60-dan çox enerji ehtiyatlarının mənimsəmə zonası və təxminən 200 istehsal müəssisəsi daxildir. Yataqda ümumi istehsal həcmi 600 milyon tonu keçib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
2
azpolitika.info

3Mənbələr