AZ

Lukaşenko Rusiyaya səfər edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko 21-22 dekabr tarixlərində Rusiyaya səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, ” Pul Pervogo ” Telegram kanalının məlumatına görə, siyasətçi ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş planlaşdırılır.

“Belarus Prezidenti Avrasiya İqtisadi İttifaqı və Müstəqil Dövlətlər Birliyinin zirvə görüşlərində iştirak etmək üçün 21-22 dekabr tarixlərində Rusiya Federasiyasına işgüzar səfər edəcək. Tədbirlər Sankt-Peterburqda keçiriləcək”, – deyə bəyanatda bildirilir.

MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü dekabrın 22-də keçiriləcək. Siyasətçilər inteqrasiya əməkdaşlığının perspektivlərini qiymətləndirəcək və ötən ilə nəzər salacaqlar.

Daha əvvəl Qərb mediasına verdiyi müsahibədə Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putini siyasi “canavar iti” adlandırmışdı. Siyasətçi qeyd etmişdi ki, Putin uzun müddətdir böyük bir ölkəni idarə edir.

Daha əvvəl, amerikalı jurnalistlərə verdiyi müsahibə zamanı Lukaşenko onlardan Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin haqqında “iyrənc suallar” verməmələrini istəmişdi. Belarus lideri özünü qatı Tramp tərəfdarı adlandırmışdı.

Seçilən
74
nocomment.az

1Mənbələr