Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) dekabrın 31-dək, eləcə də 2026-cı il yanvarın 1-dən 9-dək ölkə ərazisində mitinqlərin keçirilməsi şərtləri ilə bağlı məlumat yayıb.
Xezerxeber.az xəbər verir ki, məlumatda konkret vaxt, yerlər və şərtlər müəyyən olunub.
Bildirilib ki, dekabrın 31-dək toplanış yürüşsüz keçirilməlidir. İştirakçılar Tbilisidə Parlament binasının ön fasadındakı pilləkənlərdə və ətraf ərazidə etiraz aksiyası keçirməli bütün hərəkət iştirakçılarına mane olmamalıdırlar. Müəssisələrin, qurumların və təşkilatların normal fəaliyyətinə əngəl yaradılmamalıdır.
Bu qaydalar 2026-cı il yanvarın 1-dən 9-dək keçirilən mitinqlərdə də qüvvədə qalır.