AZ

Zelenski Putinin bu təklifinə etiraz edir Peskov

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vladimir Zelenski Ukraynada prezident seçkilərinin şərtləri barədə danışarkən öz-özünə zidd mövqe sərgiləyir.

Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

“Zelenski Putinin Ukraynada seçkilərlə bağlı bəyanatına fəal şəkildə şərh verir, amma söylədiklərində ziddiyyət var. O, Putinin seçkilərin təhlükəsizliyinə zəmanət vermək təklifinə cavab olaraq deyir ki, heç kimin, həmçinin Putinin seçkilərə müdaxilə etməsinə imkan verməyəcək. Halbuki bundan əvvəl o, amerikalılara müraciət etmişdi.

Bu o deməkdir ki, o, (Ukrayna Prezidenti Vladimir Zelenski –red.) amerikalıların müdaxiləsinə etiraz etmir, amma Putinin bunu etməsinə etiraz edir”, - deyə Peskov qeyd edib.

Kreml sözçüsünün fikirlərinə görə, bu müzakirə Rusiya liderinin son açıqlamalarına reaksiyadır:

“Mövzu aktualdır. Təbii ki, bu, Putinin çıxışına reaksiyadır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
axar.az

1Mənbələr