BAKI, 21 dekabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XVI turun növbəti 2 oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, günün ilk matçında "Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Qəbələ şəhər stadionunda saat 15:00-da start götürəcək qarşılaşmanı baş hakim Əli Əliyev idarə edəcək. "Qırmızı-qaralar"hazırda 8 xalla turnir cədvəlinin 11-ci, "köhlən atlsr" isə 33 xalla 2-ci pilləsində yer alıb.
Günün növbəti görüşü isə "Araz-Naxçıvan" və "Şamaxı" arasında keçiriləcək. "Liv Bona Dea Arena"da saat 17:30-da start götürəcək qarşılaşmanı baş hakim Fərid Hacıyev idarə edəcək.
Hazırda Elmar Baxşıyevin komandası 23 xalla turnir cədvəlinin 6-cı, Ayxan Abbasovunkollektivi isə 20 xalla 7-ci pilləsində qərarlaşıblar.
Azərbaycan Premyer Liqası, XVI tur
21 dekabr (bazar)
15:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu
17:30. “Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Liv Bona Dea Arena”
Qeyd edək ki, XVI turun əvvəlki görüşlərində "Turan Tovuz" səfərdə "Kəpəz"i 2:0, "Neftçi" "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib, Zirə" isə "İmişli" ilə qolsuz bərabərliyə qalıb. Tura dekabrın 22-də yekun vurulacaq.