AZ

Bu ölkə NATO-ya qoşulmaqdan ehtiyat edir

İrlandiya sakinləri ölkənin NATO-ya potensial üzvlüyündən ehtiyat edirlər.

Publika.az xəbər verir ki, bunu Rusiyanın bu ölkədəki səfiri Yuri Filatov "İzvestiya" ya bildirib.

"İrlandiyanın NATO-ya qoşulması barədə hələlik heç bir söhbət yoxdur - ölkə əhalisi belə bir perspektivdən ehtiyat edir", - Filatov aydınlıq gətirib.

Rusiyalı diplomat, Volodimir Zelenskinin Dublinə səfəri zamanı aşkar edilmiş naməlum dronlarla bağlı hadisəni xatırladıv. Filatov bildirib ki, bu fonda İrlandiya hakimiyyəti iddia edilən Rusiya təhdidi ilə bağlı "bir daha sevimli nəzəriyyələrini nümayiş etdirməyə" çalışır.

"Bu "təhdid" qarşısında Aİ-nin militarizasiya, müdafiə potensialının artırılması və Aİ tərəfdaşları, eləcə də NATO ilə hərtərəfli qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi baxımından onu izləmək niyyəti ilə bağlı bəyanatlar verilib", - deyə Rusiya səfiri bildirib.

Seçilən
19
50
publika.az

10Mənbələr