AZ

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu –İÇİNDƏ MƏŞHUR HOTEL DƏ VAR

İş adamı Məzahir Hüseynovun milyonlarla dəyəri olan mülkləri müsadirə olunub.

 

Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət İsmayıllı rayonunun Ticran kəndində yerləşən 5 müxtəlif ictimai-iaşə obyektindən gedir.

 

Bunların sırasına “Zəngəzur Harmony” hoteli də daxildir. Üçmərtəbəli sözügedən hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib.

 

İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır.

 

Hərrac gələn il yanvarın 8-də keçiriləcək.

Seçilən
18
23
senzor.az

10Mənbələr