AZ

Kiyev üzərində Rusiya bayrağı: nə baş verir? VİDEO/YENİLƏNİB

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Rusiya bayrağı ilə Kiyevdə uçan dron düşmən kəşfiyyatı tərəfindən informasiya məqsədilə buraxılıb.”

Globalinfo.az xəbər verir ki, bu barədə ukraynalı mütəxəssis və hərbi radiotexnologiya üzrə məsləhətçi Sergiy Beskrestnov (“Flash” imzalı) məlumat yayıb.

Beskrestnov bildirib ki, dronun məqsədi video çəkərək onun daha sonra Rusiya informasiya məkanında yayılması olub. Pilotsuz uçuş aparatı havada beş dəqiqədən az qalıb və bir kilometrdən də az məsafə qət edib. Bundan sonra dron aşkarlanaraq radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib.

Onun sözlərinə görə, aparat döyüş şəraitində istifadə üçün nəzərdə tutulub və radioelektron mübarizəyə qismən dayanıqlı hərbi rus proqram təminatı ilə təchiz edilib.

Beskrestnov qeyd edib ki, Kiyevin hava məkanı müxtəlif qurumlara məxsus bir neçə texniki sistem vasitəsilə qorunsa da, belə qısamüddətli təxribatların olması mümkündür. Onun sözlərinə görə, məhz bu bir neçə dəqiqə qarşı tərəfə informasiya əməliyyatı aparmaq üçün kifayət edir.

***22:00

Kiyev üzərində Rusiya bayrağı asılmış dronun uçuşunu əks etdirən video yayılıb.

Globalinfo.az xəbər verir ki, Kiyev Polis İdarəsinin mətbuat katibi Yuliya Girdvilis görüntüləri “feyk” adlandırıb.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları məlumatı operativ şəkildə yoxlayıblar.

Lakin daha sonra Y.Girdvilis yeni açıqlama ilə çıxış edib. O bildirib ki, Rusiya bayrağı olan PUA həqiqətən Ukraynanın paytaxtı üzərində uçub.

“Əlavə yoxlamadan sonra müəyyən edilib ki, paytaxtda naməlum dron havaya qaldırılıb. Hadisənin detalları araşdırılır”, – deyə o vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
2
globalinfo.az

3Mənbələr