Futbol üzrə Türkiyə Superliqasında XVII turun daha bir oyunu keçirilib.
Offsideplus.az xəbər verir ki, “Beşiktaş” “Rizəspor”la üz-üzə gəlib.
Matç İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada yeganə qolu 64-cü dəqiqədə Milot Raşika vurub.
Qeyd edək ki, bu nəticədən sonra “Beşiktaş” turnir cədvəlində 29 xalla 5-cidir. “Rizespor” isə 18 xalla 11-ci pillədədir.