AZ

Azərbaycanda yüksək vəzifəli şəxs faciəvi şəkildə öldü – FOTO

Azərbaycanda yüksək vəzifəli məmur faciəvi şəkildə vəfat edib.

KONKRET.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, Xocavənd Rayon Statistika İdarəsinin müdiri Tahirov Fərnad Tahir oğlu yol qəzasına düşüb.

Hadisə dekabrın 20-də baş verib. Nəticədə o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

F.Tahirov Xocavəndin Əmirallar kənd sakinidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 20-də imzaladığı sərəncamla Fərnad Tahirov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Seçilən
31
1
konkret.az

2Mənbələr