AZ

Gənclər üçün media savadlılığı təlimləri keçirilib – FOTO 

Dekabrın 20-də “Media Savadlılığı” Həftəsi çərçivəsində gənclər üçün xarici ekspertlərin iştirakı ilə təlimlər təşkil olunub.

Doğru.az xəbər verir ki, Medianın İnkişafı Agentliyindən bildirilib ki, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin professoru Dilfuza Teşabayeva “Manipulyasiyanın xüsusiyyətləri: süni intellekt kontekstində media məzmunu” mövzusunda çıxış edib. Sessiyada süni intellektin media məzmununa təsiri və manipulyativ narrativlərin formalaşması müzakirə olunub.

Təlimin növbəti hissəsində Özbəkistan Prezident Administrasiyası yanında Məzmunun İstehsalı Mərkəzinin rəhbəri Zuxra Yunusova “Rəqəmsal gigiyena və onlayn təhlükəsizlik” mövzusunda təqdimat keçirib. İştirakçılar sosial şəbəkələrdə risklər və fərdi məlumatların qorunması barədə məlumat alıblar, suallar cavablandırılıb və praktiki nümunələr üzərində müzakirələr aparılıb.

DOĞRU.AZ

 

Seçilən
24
1
dogru.az

10Mənbələr