Bakı. Trend:
Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatıməhsulları üzrə yarmarkaların təşkili planlaşdırılır.
Trend xəbər verirki, bunu "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin(ASC) İdarə Heyətinin üzvü Faiq Hüseynov jurnalistlərəaçıqlamasında deyib.
O bildirib ki, bununla bağlı müvafiq qərarlar qəbul edildikdərəsmi açıqlamalar ediləcək: “Azərbaycanın azad edilmiş ərazilərindədə belə yarmarkaların təşkil edilməsi planımızda var. Ümumilikdə,həmin ərazilərdə bazar yerinin təşkili ilə bağlı işlər davametdirilir. Bu il Kəlbəcərdə Bal Festivalı keçirildi. Gələn il dəeyni festivalın daha böyük səviyyədə təşkilini planlaşdırırıq”.
F. Hüseynov eyni zamanda Bakıda Kənd Təsərrüfatı Nazirliyinintabeliyində "Aqrar tədarük və təchizat" ASC təşkilatçılığı iləsayca 8-ci "Kənddən Şəhərə" Yeni il yarmarkasının fəaliyyətəbaşlaması ilə bağlı da fikirlərini bölüşüb. Onun sözlərinə görə,Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramımünasibətilə təşkil olunan yarmarka dekabrın 30-dək davam edəcək:“Yarmarkanın əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarındaistehsal olunan məhsulların bazara çıxışını dəstəkləmək, fermerlərəalternativ satış kanalları təqdim etmək və bayram ərəfəsində şəhərsakinlərini yerli, keyfiyyətli və münasib qiymətə məhsullarla təminetməkdir.
Yarmarkada ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer,təsərrüfatlarında yetişdirdikləri 140-dan artıq məhsul çeşidinisatışa çıxarıb.
Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə AzərbaycanQida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Məhsulların keyfiyyətiilə bağlı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərənSəyyar Qida Laboratoriyasına müraciət edərək məhsuldan analiz verəbilərlər”.
“Fermerlər burada satış üçün yer, piştaxta, tərəzi və digərlazım olan avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik"metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanındayerləşir”, - F. Hüseynov qeyd edib.