Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında canlandırdığı “Polat Alemdar” obrazı ilə tanınan Necati Şaşmaz 54 yaşını qeyd edib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, doğum günü ilə bağlı fotoları instaqram hesabında paylaşıb.
N.Şaşmaz ad günü şamını övladları ilə üfürüb, tortunu onlarla birgə kəsib.
Onun ad gününə dostları da qatılıb.




