Türkiyə Superliqasında XVII turun oyunları keçirilir.
Redaktor.az xəbər verir ki, “Fənərbaxça” bu tur “Eyüpspor”un qonağı olub.
Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Anderson Taliska, Marko Asensio və Con Duran vurublar. Bu nəticədən sonra xallarını 39-a çatdıran “Fənərbaxça” liderliyə yüksəlib.
Günün ilk matçında “Konyaspor” “Kayserispor”la heç-heçə edib - 1:1.