Almaniya Bundesliqasının 15-ci turunda "Hamburq" doğma meydanda "Ayntraxt" ilə qarşılaşıb.
QOL.az xəbər verir ki, qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
20 dekabr
"Hamburq" – "Ayntraxt" - 1:1
Qollar: A.S.Lokonqa, 18 – H.Larsson, 26
Bu nəticədən sonra xallarını 25-ə çatdıran "Ayntraxt" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Hamburq" isə 16 xalla 13-cü pillədə yer alıb.
Xatırladaq ki, "Ayntraxt" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Qar.şılaşma də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:45-də başlayacaq.