AZ

Ərdoğan Türkiyənin müdafiə sənayesində hədəflərini açıqlayıb

Bakı. Trend:

Türkiyənin müdafiə sənayesi sahəsində 2028-ci il üçün qarşıyaqoyduğu əsas məqsəd 11 milyard dollar həcmində ixrac həyatakeçirərək dünyanın ilk 10 ölkəsi sırasında yer almaqdır.

Trend-inməlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanİstanbul Gəmiqayırma Zavodu Komandanlığında dəniz platformalarınınistismara verilməsi mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə eyni zamanda öz döyüş gəmisinilayihələndirən, modernləşdirən və suya buraxan dünyadakı 10dövlətdən biri hesab olunur.

Türkiyə prezidenti bildirib ki, “TCG Anadolu” amfibiyagəmisindən daha iri, uzunluğu 300 metr olan aviadaşıyıcı gəminintikintisinə artıq start verilib.

Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə müdafiə sənayesi üzrəhəyata keçirdiyi layihələrdə yalnız məhsullarıntəkmilləşdirilməsinə deyil, həm də ekosistemin formalaşdırılmasına,insan kapitalının inkişafına və texnologiya istehsalı imkanlarınıngenişləndirilməsinə xüsusi önəm verir.

Seçilən
34
az.trend.az

1Mənbələr